ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, görüş 30 dəqiqə davam edib.

İndi iki ölkə lideri bir neçə saat davam edəcək geniş tərkibdə danışıqlara başlayıblar.


***06:32

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hazırda liderlər arasında təkbətək görüş keçirilir.

Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.