ABŞ Müdafiə Nazirliyi Almaniyada yerləşən ABŞ bazalarının ölkədən çıxarılmasının dəyəri və nəticələri barədə analiz aparır.

Bakıxəbər.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat qəzeti yayıb. Qəzet Pentaqonun belə analiz aparmasına əsas səbəbin ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında münasibətlərin gərginləşməsi olduğunu bildirib. Belə ki, Tramp özünün müşavirləri ilə müzakirələr zamanı Almaniyadakı ABŞ kontingentinin həcmindən heyrətə gəlib və digər ölkələrin öz müdafiələrinə lazımi xərclər ayırmamasından şikayətlənib.

Qəzetin yaydığı informasiya Avropada böyük gərginlik yaradıb. ABŞ Müdafiə Nazirliyi Almaniyadan qoşunların çıxarılmasının planlaşdırılmadığını və bu tip tədqiqatların Pentaqon üçün normal olduğunu bildirib.