Amerika lideri Donald Tramp Konqres üzvlərinin Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazırdır.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

Onun sözlərinə görə, söhbət səudiyyəli müxalifətçi jurnalist Camal Qaşıqçının qətli barədə cinayət işi ilə bağlı Ər-Riyada qarşı ABŞ-ın tətbiq edə biləcəyi mümkün sanksiyalardan gedir.

Pompeo həmçinin qeyd edib ki, Tramp görülən tədbirləri yetərli hesab edir.

Dövlət katibi bildirib ki, ABŞ insan haqlarını həmişə müdafiə etməyə hazırdır.

Bundan əvvəl ABŞ prezidenti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçının qətlə yetirilməsindən xəbərdar olduğunu bildirib.