Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün bank hesablaşmalarında vasitəçi olacaq şirkətin rəsmi qeydiyyatını öz ərazisində rəsmiləşdirməyə hazır olan ölkə tapa bilmir.

“Report” “Financial Times”ə istinadən xəbər verir ki, Aİ-nin üzv ölkələri ABŞ tərəfindən siyasi və ya iqtisadi sanksiyalara məruz qalmaqdan çəkinir.

“Öz ərazisində SPV yerləşdirməklə ABŞ-ı qıcıqlandırmaq istəmirlər”, – Aİ rəsmilərindən biri bildirib.

Qeyd edək ki, belə bir SPV (Special Purpose Vehicle) yaradılması noyabrın əvvəlindən ABŞ tərəfindən tətbiqi gözlənilən yeni sanksiyalardan yayınaraq İranla ixrac-idxal əməliyyatları apara bilmək üçün Avropa İttifaqının planında başlıca yer tutur.

Qəzetin yazdığına görə, İran isə hətta həmin sanksiyalara və Aİ planının yubanmasına baxmayaraq, neft ixracatını davam etdirəcəyi qənaətindədir. Belə ki, məsələn, İran ekspertlərinin fikrincə, Çinə gündə azı 1 milyon barel neft ixrac etmək mümkün olacaq. Bu, normal şərtlərdəki 2,8 milyon barel lolmasa da, ölkənin valyuta gəlirlərini məğbul səviyyədə saxlamağa imkan verir.

Sentyabr ayının sonunda Aİ İranla qanuni maliyyə əməliyyatları aparmaq üçün SPV yaratmaq planını açıqlamışdı.