Rusiya ABŞ-dan fərqli olaraq ərəb gəncliyi tərəfindən daha etibarlı tərəfdaş kimi qəbul edilir.

Bakıxəbər.az xəbər verir ki, bu nəticə “Аrab Youth Survey” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Şirkətin keçirdiyi sorğu zamanı ərəb gənclər ən etibarlı müttəfiq dövlət kimi Birləşmiş Ərəb Əmirlikləri (37%), Səudiyyə Ərəbistanı (35%), Küveyt (22%), Rusiya (20%), Misirin (19%) adını çəkiblər. 2012-ci ildən bu yana ABŞ ilk dəfə bu siyahıda ilk beşliyə düşməyib. ABŞ bu dəfə siyahıda 11-ci yerdə qərarlaşıb.

ABŞ-ı özünün düşməni sırasında görənlərin sayı isə artıb. Bu say ümumi sorğu iştirakçılarının 57%-ni təşkil edib.