ABŞ Hərbi Dəniz Qüvvələrinin Pörl-Harbordakı hərbi bazasında yerləşən gəmiqayırma zavodunda atışma baş verib, nəticədə 3 nəfər yaralanıb.

“Report” un məlumatına görə, bu barədə “Hawaii News Now” kanalı məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alanların arasında mülki şəxslər də var. Atəşi açan şəxs intihar edib.

Yaralananların ikisinin vəziyyəti ağırdır. Məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, dekabrın 1-də ABŞ-ın Luiziana ştatındakı Yeni Orlean şəhərində baş verən atışmada 11 nəfər yaralanıb.