Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş başa çatıb.

Bakıxəbər.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ankaranın Esenboğa hava limanında baş tutan danışıqlar 35 dəqiqə sürüb.

R.T.Ərdoğanla M.Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçının məsələsini müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti görüşdən sonra Moldovaya yola düşüb.