İraqın paytaxtı Bağdadın “yaşıl zona”sına, ABŞ səfirliyi yaxınlığında azı dörd raket düşüb.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Telekanal zərərçəkənlər və ya dağıntılar haqqında məlumat verməyib.

“Yaşıl zona” Bağdadın hökumət binalarının olduğu və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əsas ərazisidir.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl də İraqın paytaxtının mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi “yaşıl zona”ya raket düşüb.