Amerikanın F-35 adlı qırıcı təyyarəsi Florida ştatında ABŞ Hərbi Hava Qüvvələrinin bazasında təcili eniş edib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Florida Daily News Northwest nəşri yazır.

Bildirilir ki, pilot göyərtəsində fövqəladə vəziyyət barədə məlumat verir. İlkin məlumata görə, F-35-in qabaq təkərlərində və burnunda problem hiss olunub.

Bu zaman pilot xəsarət almayıb.

Faktla bağlı ABŞ HHQ-i araşdırma aparır.