ABŞ-ın İrana qarşı sanksiyaları yalnız artacaq.

Bakıxəbər.az xəbər verir ki, bunu Demokratiyanın Müdafiəsi Fondunda çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Siqal Mandelker deyib. Onun sözlərinə görə, İran öz davranışlarını dəyişməlidir:

“Bizim sanksiyaların yalnız artacaq və daha ağrılı olacaq. İran kursunu dəyişməlidir. ABŞ-ın bütün tərəfdaşları birləşərək İrana qarşı sanksiyalara qatılmalıdırlar. Hər kəsi əlavə addım atmasıyla bağlı xəbərdar edirəm”.