ABŞ Müdafiə Nazirliyi Hava Qüvvələri pilotlarının qarşılaşdığı naməlum uçan obyektləri araşdırmaq üçün işçi qrupu yaratmaq qərarına gəlib.

Bakıxəbər.az-ın məlumatına görə, bu barədə “CNN” hərbi mənbələrə istinadən xəbər verir.

Müdafiə nazirinin müavini David Norkvist yaxın günlərdə rəsmi olaraq təqdim ediləcəyi gözlənilən işçi qrupuna nəzarət edəcək.

Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Konqresində naməlum uçan obyektlərlə bağlı narahatlıq ifadə edilib. Bildirilib ki, obyektlər “potensial düşmənlər”in kəşfiyyat vasitəsi ola bilər.