ABŞ-ın Kaliforniya ştatında keçirilən qida festivalı zamanı baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə bələdiyyə şurası nümayəndəsi Dion Brakkoya istinadən “New York Times” nəşri yazıb.

Onun sözlərinə görə, nəticədə 12 nəfər xəsarət alıb.

Brakko həmçinin atışmada şübhəli bilinən bir nəfərin saxlanıldığını qeyd edib.

Lakin, onun sözlərinə görə, polis əməkdaşları güman edirlər ki, atəşi bir neçə nəfər aça bilər. Bununla əlaqədar polis axtarışları davam etdirir.


***07:06

ABŞ-ın Kaliforniya ştatında keçirilən “Gilroy Garlic” qida festivalı zamanı silahlı insident baş verib.

“Report”un məlumatına görə, bu barədə “təcili yardım” xidmətinə istinadən NBC məlumat yayıb.

Bildirilir ki, ilkin məlumatlara görə, silahlı insident nəticəsində 11 nəfər ciddi odlu silah yarası alıb.

Lakin, ölən və yaralananların dəqiq sayı hələ ki, açıqlanmır.

Şahidlərdən birinin sözlərinə görə, atəşi görünüşcə 20 yaşı olan gənc oğlan açıb.

Hazırda əraziyə çoxlu sayda təhlükəsizlik əməkdaşı və bir neçə vertolyot cəlb olunub.