ABŞ prezidenti Cozef Bayden administrasiyası Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard ABŞ dolları dəyərində hərbi texnika satacaq.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “The Hill” qəzetinə bildirib.

Məlumata görə, sövdələşmə baş tutarsa, hərbi texnika 2025-ci ildən sonra tədarük ediləcək.

Bildirilib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə Dövlət Departamenti BƏƏ-yə “Lockheed Martin” şirkətinin istehsalı olan 50 “F-35” qırıcı, 18 “MQ-9B” pilotsuz uçan kəşfiyyat aparatı və başqa qabaqcıl hərbi sistem satmaq niyyətində olduğu barədə Konqresi xəbərdar etmişdi. Həmin sövdələşmə 23,37 milyard ABŞ dolları dəyərində olub.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)