ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra 200 nəfərdən ibarət hərbçisini “kiçik sülhməramlı kontingent” qismində bu ərəb ölkəsində saxlamaq niyyətindədir.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ evə istinadən “Reuters” məlumat yayıb.

“Tərkibində təqribən 200 nəfərin olacağı kiçik sülhməramlı kontingent bir müddət Suriyada qalacaq”, – deyə agentlik Ağ evin mətbuat katibi Sara Sandersin bəyanatını sitat gətirib.

ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərar qəbul edib.