ABŞ Britaniyaya ilk F-35B təyyarələrini göndərib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə məlumatı Britaniya Müdafiə Nazirliyi yayıb. Təyyarələrin Marxem bazasına eniş etdiyi bildirilib.

Qeyd edək ki, F-35B beşinci nəsil təyyarələrdir. Təyyarənin istehsalında ABŞ-la bərabər Britaniya, Danimarka, Türkiyə və bir sıra digər ölkələr iştirak edib. Britaniya ümumilikdə 138 F-35 almaq istəyir.