Rusiyalı milyarder Roman Abramoviç Britaniyada viza müddətini uzatmaq üçün verdiyi ərizəni geri götürüb.

Bakıxəbər.az xəbər verir ki, Abramoviç bu addımı İsrail vətəndaşlığı aldığı üçün atıb.

Bundan əlavə, Roman Abramoviçin sahibi olduğu “Çelsi” klubu ilə bağlı da yenilik baş verib. Klub bu gün komandanın ev oyunlarını keçirdiyi “Stemford Bric” stadionunun rekonstruksiya işlərinin dayandırıldığını açıqlayıb. Buna səbəb kimi əlverişsiz investisiya mühiti göstərilib.

Xatırladaq ki, Roman Abramoviçin Böyük Britaniya vizası üçün müraciəti qəbul edilməmişdi. Bundan sonra İsrail vətəndaşlığı alan milyarderin artıq Britaniyaya getmək üçün vizaya ehtiyac olmayacaq.