“Qəbuldan bir gün sonra kurs yoldaşım gəlib dedi ki, yuxuda görmüşəm ki, 700 bal toplamısan. Gördüm ki, hamı səni təbrik edir. Dedim ki, 696 bal toplamışam. Dövlət İmtahan Mərkəzi riyaziyyatdan bir sualın cavabında səhvlik olduğuunu sonradan açıqladı və balım 700 oldu. Onda rəfiqəmin yuxusu yadıma düşdü”.

Bunu Lent.az-ın canlı yayımında IV ixtisas qrupu üzrə 700 bal toplamış yeganə abituriyent Rəna Əliyeva deyib.

Rəna Əliyeva bildirib ki, ilk dəfə 700 bal həyəcanını valideynləri ilə deyil, müəllimləri ilə bölüşüb:

“İlk dəfə 700 bal topladığımı kursdan zəng edib dedilər. Sonra məktəb müəllimlərimlə danışdıq. Onlar da zəng edib təbrik etdilər”.

Fizika-informatika-riyaziyyat  təmayüllü Rəna Əliyevanın sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçəcək:

“Beyin cərrahı olmaq istəyirəm.Gələcəkdə xaricdə də təhsilimi davam etdirmək niyyətindəyəm. Gələcəkdə Almaniyada oxumaq fikrim var. Çünki tibb təhsili deyəndə ağıla ilk Almaniya gəlir. Bacım da xaricdə oxuyur. Qiyabi təhsil alır amma hansı ixtisas üzrə təhsil almasından xəbərsizəm”.

Rəna Əliyeva hazırlıq dövrü təssüratlarından da danışıb:

“Qapını bağlayıb dərsimi oxuyurdum. Anamgilə deyirdim ki, televizorun səsini aşağı eləsinlər. Mənə mane olmasınlar. Ali məktəbə hazırlaşdığım dövrdə dəvət aldığım bütün toylardan qalmışam. Çalışırdım ki, bütün vaxtımı dərslərimə ayırım. Özümə inanırdım. İmtahana hazırlaşarkən boş vaxtlarımda kitab oxuyurdum. Kitab oxumaq mənim hobbimdir. Dostayevski mənim sevimli yazıçılarımdandır. Ən çox sevdiyim roman isə Voyniçin “Ovod”udur”.

IV ixtisas qrupu üzrə 700 bal toplamış Rəna Əliyeva Lent.az-ın suallarına cavab verir.

IV ixtisas qrupu üzrə 700 bal toplamış Rəna Əliyeva Lent.az-ın CANLI YAYIMINDA

Gepostet von LENT.AZ am Mittwoch, 23. Mai 2018