Ötən həftə ərzində Ukraynada 239 uşaq itib.Bakıxəbər.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis bunlardan 233 nəfərini taparaq evlərinə qaytara bilib. Digər 6 uşağın axtarışları isə davam edir.

Polis itkin düşən uşaqların axtarışı üçün gücləndirilmiş iş rejiminə keçib.