Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb.

Report-un məlumatına görə, 1995-ci il təvəllüdlü Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında, rayonun Tatarlı kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

E.Əzizovanın nənəsi Savad Məmmədovanın dediyinə görə, 4 uşaq anası olan nəvəsinin heç bir təhsili yoxdur və onu himayəsində böyüdüb.

Nənəsi əlavə edib ki, E.Əzizovanın ailəsində problemi olmayıb:

“Bütün qohum-tanışlarından maraqlanmışıq, heç kim onu görməyib. Övladları olan 4 və 5 yaşlı həmçinin 8 aylıq olan əkiz oğlanları analarının yolunu gözləyirlər. Hətta analarının getdiyi gündən bəri normal yemək də yemirlər. Xahiş edirəm nəvəmi görənlər bizə kömək etsin.”

E.Əzizovanı görənlərdən, 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmaları xahiş edilir.