Noyabr 23-də Gürcüstanın Tbilisi şəhərində 16 yaşlı qızlar arasında Şərqi Avropa
Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. Gürcüstan, Latviya,
Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda
voleybolçularımız A qrupunda mübarizə aparırlar. Emin Əbilovun rəhbərlik etdiyi
komanda növbəti matçını Gürcüstan komandasına qarşı keçirib. Görüş
komandamızın üstünlüyü ilə başlasa da, sonda 3-1 hesabı ilə qalib gələn ev sahibi
olub.
AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti
oyununu bu gün Rusiya milli komandasına qarşı keçirəcək. Qeyd edək ki, Şərqi
Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci
ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır.
Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa
çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının II seçmə
mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə
aparacaq.
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrup: Belarus, Estoniya, Litva, Polşa.
Oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan 0-3 (11-25, 12-25, 11-25) Ukrayna
2019-11-23. 17:30. Gürcüstan 0-3 (06-25, 11-25, 11-25) Rusiya
2019-11-24. 15:00. Gürcüstan 0-3 (06-25, 25-27, 12-25) Latviya
2019-11-24. 17:30. Rusiya 3-0 (25-16, 25-11, 25-12) Ukrayna
2019-11-25. 10:00 Latviya 0-3 (14-25, 12-25, 10-25) Rusiya
2019-11-25. 15:00 Azərbaycan 1-3 (29-27, 14-25, 20-25, 15-25) Gürcüstan
Növbəti oyunlar:
2019-11-26. 12:30 Rusiya – Azərbaycan
2019-11-26. 17:30 Ukrayna – Latviya
2019-11-27. 10:00 Latviya – Azərbaycan
2019-11-27. 15:00 Ukrayna – Gürcüstan