ABŞ-ın “Boeing” korporasiyasının istehsalı olan “737 MAX” markalı təyyarələrin uçuşlarına qoyulmuş qadağalar və bunun nəticəsində həmin təyyarələrin istehsalının azalması şirkətə 1 mlrd. dollara başa gələcək.

“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri korporasiyanın maliyyə hesabatına istinadən yazıb.

Nəşr yazır ki, həmin təyyarələr hazırda istismar edilməsə də, onlarla bağlı müəyyən xərclər var. “Boeing” rəhbərliyi isə “737 MAX” təyyarələrinin istismara nə vaxt qayıdacaqlarını bilmir”, – nəşr qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl “Boeing” şirkətinin “737 MAX” təyyarələr üçün yeni proqram təminatının sınaqlarını yekunlaşdırdığı deyilirdi.