Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilir ki, tərəflər söhbət zamanı Suriyada hərbi əməliyyatların gərginləşməsindən və “kimyəvi silahdan qanunsuz istifadənin potensial mümkünlüyü”ndən narahatlıqlarını ifadə ediblər.

Mey və Ərdoğan həmçinin regionda stabilliyin bərqərar olması, dinc sakinlərin qorunması və humanitar vəziyyətin dərinləşməsinə yol verməməyin vacibliyini vurğulayıblar.