Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni konstitusiya hazırlana bilər.

Bakıxəbər.az xəbər verir ki, Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasının nəticəsinə görə Ankarada keçirilən mətbuat konfransında deyib.

“Ola bilsin, Türkiyənin yeni konstitusiyasını müzakirə etmək vaxtı çatıb. Biz buna qarşıdakı dövrdə başlaya bilərik”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, “proses şəffaf şəkildə həyata keçirilməlidir.” “Son mətn xalqın qərarına əsasən təqdim edilməlidir” – dövlət başçısı deyib.

Türkiyənin hazırkı konstitusiyası artıq bir neçə dəfə dəyişib.

 

 

Şölə Beyləqanlı