Türkiyədə bu həftənin sonunda yeni koronavirusdan peyvənd prosesi başlanacaq.

Bakıxəbər.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar”, – dövlət başçısı deyib.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq.

 Şölə Beyləqanlı (Hüseyinova)