“Bir sıra dövlət qurumlarında çalışan işçilər arasında da koronavirusa yoluxanlar var”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Prezident Administrasiyasında 19 (onlardan 14-ü İşlər idarəsində çalışır), Fövqəladə Hallar Nazirliyində isə 5 nəfər koronavirusa yoluxub.