Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Bakıxəbər.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.