Əfqanıstanda tikinti şirkətinin ofisinə hücum nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə “Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, daha 9 nəfər yaralanıb.


***10:51

Bir qrup silahlı Əfqanıstanın şərqindəki Nəngərhar vilayətinin Cəlalabad şəhərindəki aeroportun yaxınlığında yerləşən özəl inşaat şirkətinin ofisinə hücum edib.

“Report” “ToloNews” telekanalına istinadən xəbər verir ki, yerli səlahiyyətli şəxslər hücuma məruz qalan şirkətin hava limanında tikinti işləri apardığını bildiriblər.

Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib. Toqquşmalar davam edir.

KİV-in məlumatına görə, 2 terrorçu-kamikadze özünü partladıb, 2 silahlını isə təhlükəsizlik qüvvələri məhv edib. Eyni zamanda, tikinti şirkətinin 3 əməkdaşı ölüb, 6 nəfər dinc sakin yaralanıb.