Əfqanıstanın Ğəzni şəhəri yaxınlığında kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində 3amerikalı hərbçi ölüb, üçü isə yaralanıb.

“Report” NATO-nun “Qətiyyətli dəstək” missiyasının saytına istinadən xəbər verir ki, partlayış nəticəsində həmçinin ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərindən birinin əməkdaşı yaralanıb.

Xəsarət alanlar tibb müəssisəsinə yerləşdirilib.