Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrupu pusquya düşüb.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “TOLOnews” telekanalı məlumat yayıb.

“Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 üzvündən ibarət konvoyu Fəryab vilayətinin mərkəzi olan Meymene şəhərinə gedərkən pusquya düşüb. Yerli hökumət orqanları hazırda qarşıdurma getdiyini təsdiq edib” – telekanalın “Twitter” hesabında yazılıb.