Ədliyyə Nazirliyində son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib.

Bakıxəbər.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

“Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir. Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şaiyə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm”.